Superliqada keçirilən "Ankaragücü" - "Çaykur Rizespor" matçından sonra meydan sahiblərinin sabiq prezidenti Faruk Koca meydana daxil olaraq Halil Umut Melərə yumruq zərbəsi endirib.Yumruqdan sonra yıxılan Halil Umut Melerin təpiklənməsi və qalmaqal böyük rezonansa səbəb olub. Hadisədən sonra Faruk Koca həbs olunsa da, o da prezidentlik vəzifəsindən istefa verib. Qalmaqaldan sonra TFF bütün yarışları təxirə salıb
Fins.az xəbər verir ki, qalmaqallı hadisə ilə bağlı hakimlər cəmiyyəti öz qərarını verib.
Matçlara getməmək qərarına gələn hakimlərin radikal qərarların veriləcəyini gözlədikləri vurğulanıb. Bildirilib ki, səlahiyyətli qurumların qərarlarını gözləyən hakimlər “Əgər radikal qərarlar yoxdursa, biz burada deyilik” deyiblər. Yenə də xəbərlərdə hakimlərin “Lazım gəlsə, əcnəbi hakimləri də gətirsinlər, idarə etsinlər” fikrində olduğu bildirilib. Hakimlərin qiymətləndirmədən sonra yekun qərarını verəcəkləri bildirilib.
Günel Məlikzadə
Fins.az