İDMAN

12 Dekabr

Azərbaycan Premyer Liqasında bir oyunun vaxtı dəyişdirilib

Azərbaycan Premyer Liqasının XVII turunda “Səbail” və “Qəbələ” komandaları arasında keçiriləcək oyunun vaxtı dəyişdirilib.

Fins.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb "ASCO Arena"nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problemlə əlaqədar təmir-bərpa işlərinin davam etdirilməsidir.

Bakı klubunun vəziyyətlə bağlı yenilənmiş müraciətinə əsasən, “Qəbələ” PFL tərəfindən məlumatlandırılıb. Qurumun yekun qərarına görə, startı 17:00-a nəzərdə tutulmuş görüşün gün və məkanı eyni saxlanılmaq şərti ilə saat 13:00-da başlanmasına qərar verilib.

Qeyd edək ki, "Səbail" - "Qəbələ" görüşü dekabrın 15-də oynanılacaq.

Günel Məlikzadə
Fins.az