İDMAN

11 Dekabr

Qalatasarayın Kopenhagen planı!

Ötən mövsüm çempionluq qazanan “Qalatasaray” yeni mövsümdə Çempionlar Liqasına qatılmaq üçün seçmə mərhələ oyunları keçirib.

Fins.az xəbər verir ki, Sarı-qırmızılılar ilkin mərhələlərdən uğurla keçərək qruplara vəsiqə qazana bilib. Cimbom A qrupunda "Bavariya", "Mançester Yunayted" və "Kopenhagen"lə eyni qrupda yer alıb.

Cimbom bu qrupda indiyədək keçirdiyi 5 matçda meydanı 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə tərk edib.

“Qalatasaray” son matçında Danimarkanın “Kopenhagen” komandası ilə səfər matçı keçirəcək.

Sarı-qırmızılılar bu görüşdən 3 xalla ayrılsa, növbəti mərhələyə yüksələ biləcək. Bu mənada Kopenhagen matçı Cimbom üçün həyati əhəmiyyət kəsb edir.

Nəhayət, Okan Burukun “Kopenhagen”ə qalib gəlmə planı üzə çıxıb.

"Qalatasaray" "Kopenhagen"lə bütün matçlarında olduğu kimi Mauro İkardidən başlayaraq bütün meydançada sıx təzyiq göstərəcək. Barış və Boey ilə tez-tez sürətli qanad atışları olacaq. Sançes və Abdülkerim cərimə meydançası qarşısında riskli ötürmələr etməyəcək, arxadan dəqiq ötürmələrlə oyuna başlayacaqlar. Zaha, Kərəm və Ziyeç fürsət tapdıqca vuracaqlar. Toreira və oynayarsa, Kaan Ayhan da müdafiə ilə hücum xətti arasında cəbhə rolunu oynayacaq.

Kopenhagen - Qalatasaray matçı 12 dekabr Çərşənbə axşamı Türkiyə saatı ilə 23.00-da başlayacaq. Matçın baş hakimi italiyalı Daniele Orsato olacaq.

Günel Məlikzadə
Fins.az