Fransanın Paris Saint-Germain (PSJ) klubunun səhmlərinin 12,5 faizi ABŞ-ın Arctos Partners şirkətinə satılıb.Klubun satışdan sonra dəyərinin 4,25 milyard avroya çatdığı bildirilib.
Fins.az klubdan verilən açıqlamaya istinadən xəbər verir ki, Arctos Partners-in PSJ-nin qlobal böyüməsini sürətləndirəcəyi ifadə edildi və dedi: "Yeni bazarlara genişlənməyə davam etmək, müxtəlif coğrafiyalardan olan azarkeşlərlə qarşılıqlı əlaqə qurmaq və dünyada idman investisiya imkanlarını araşdırmaq üçün Arctos Partners ilə əməkdaşlıq edirik".
PSJ prezidenti Nasser Al-Khelaifi səhm satışının klub üçün mühüm dönüş nöqtəsi olduğunu qeyd edərək, "Bu müqavilə klubumuzun davamlı uğur və böyüməsinə böyük töhfə verəcək" dedi.
Fransa mətbuatında çıxan xəbərlərdə klubun satışdan sonra dəyərinin 4,25 milyard avroya çatdığı bildirilib.
MLS və NBA daxil olmaqla idman sektorunda 20-dən çox təşkilata sərmayə qoyan Arctos Partners noyabr ayında Formula 1 komandası Aston Martin-in minoritar səhmlərini satın alıb.
Günel Məlikzadə
Fins.az