Fənərbaxçanın yeni mövsüm öncəsi Real Madridə 20+10 milyon avroya satdığı Arda Gülərin İspan macərası son dərəcə uğursuz başladı.
Fins.az xəbər verir ki, “Real Madrid”də ardıcıl zədələnən Arda Gülər hələ ki, rəsmi matçda meydana çıxa bilməyib.
Çempionlar Liqasında La Liqada "Rayo Valyekano" və "Braqa" ilə matçlarda heyətdə yer alan Arda Gülər Ançelottidən heç bir oyun vaxtı ala bilməyib.
Dekabrın 17-də keçiriləcək Villarreal matçında Arda Gülərin meydanda olacağı gözlənilir.
Arda Gülərin sağalma prosesində heç bir problem olmadığı təqdirdə Real Madridin 2023-cü ilin son ev matçında debüt edəcəyi xəbərlərdə ətraflı məlumat verilmişdi.
Günel Məlikzadə
Fins.az