Fasilələrin transfer müddəti yaxınlaşdıqca, "Qalatasaray" da transfer çalışmalarını sürətləndirib.
Fins.az xəbər verir ki, sarı-qırmızılı komandanın yanvarda gözləntilərin altında qalan Tanguy Ndombele ilə yollarını ayıracağı gözlənilir.
Bu ayrılığın baş verəcəyi təqdirdə bu bölgə üçün rəhbərliyin ilk hədəfinin hazır olduğu öyrənildi.
Məşqçi Okan Burukla görüşən rəhbərliyin "Arsenal"ın qanalı yarımmüdafiəçisi Tomas Partinin adına diqqət çəkdiyi öyrənilib.
Okan Burukun ulduz adını heyətində çox görmək istədiyi bildirilib və rəhbərlikdən futbolçu üçün təklif etməsini istəyib.
Fasilə zamanı 30 yaşlı futbolçuya icarə təklifi verməyə qərar verən rəhbərlik futbolçunun vəziyyətini araşdırdığı bildirilir.
"Arsenal"la müqaviləsi 2025-ci ildə başa çatacaq 30 yaşlı qanalı yarımmüdafiəçini İtaliya A Seriyasının komandalarından olan "Yuventus" da izləyir.
Günel Məlikzadə
Fins.az