İDMAN

06 Dekabr

AFFA Premyer Liqanın üç klubunu cərimələyib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fins.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqanın XV turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Sumqayıt”la oyunda 5 futbolçusu sarı vərəqə görən “Turan Tovuz” və “Sabah”la matçda 4 oyunçusu xəbərdarlıq alan “Kəpəz” klubları hərəyə 700 manat cərimə edilib.

Bundan başqa, “Qarabağ” – “Qəbələ” görüşü bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün Ağdam klubu 800 manat cərimələnib.

Günel Məlikzadə
Fins.az