İDMAN

06 Dekabr

Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarını 2024-cü il Olimpiadasında neytral şəkildə iştirak etməyə çağırıb

İdman federasiyaları və Olimpiya Komitələri BOK-dan Rusiya idmançılarının 2024-cü il Olimpiadasında neytral iştirakına icazə verməyi xahiş ediblər.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, beynəlxalq idman federasiyaları və milli olimpiya komitələri Rusiya və Belarus idmançılarının 2024-cü il Paris Olimpiya Oyunlarına neytral bayraq altında buraxılmasına çağırıblar.

İsveçrənin Lozanna şəhərində keçirilən Olimpiya Zirvə toplantısında Beynəlxalq Olimpiya Komitəsinə (BOK) edilən müraciətdə məsələyə "mümkün qədər tez" aydınlıq gətirilməsi istənilib. 

BOK bir daha bəyan edib ki, Ukraynaya qarşı müharibədə Rusiya və onun müttəfiqi Belarus idmançılarının gələn ilin yayında yarışmasına icazə verilib-verilməməsi ilə bağlı yekun qərarı “uyğun zamanda” verəcək.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücuma başlayandan bəri Rusiya və Belarus idmançıları çoxsaylı idman növləri üzrə sanksiyalarla üzləşiblər.

Amma keçən il onlara müəyyən şərtlərlə bəzi olimpiya idman növləri üzrə yarışmağa icazə verildi.

Mart ayında BOK Ukraynadakı münaqişəni dəstəkləməmək və hərbçilərlə heç bir əlaqəsi olmamaq şərti ilə bu idmançılara bitərəf idmançı kimi yarışmağa icazə verərək onlara qoyulmuş qadağanı tamamilə aradan qaldırdı.

BOK oktyabrın 12-də Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozduğuna görə Rusiya Olimpiya Komitəsinin (ROK) fəaliyyətini dayandırıb.

ROK həmçinin keçən ay BOK-un qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

Günel Məlikzadə
Fins.az