3 xalı kəsilərək cəza alan Bursaspor Klubu yeni açıqlamasında "FIFA Türkiyə Futbol Federasiyasından əlavə sanksiya tələb edib" deyib.
Fins.az xəbər verir ki, Bursaspor Klubu tərəfindən edilən açıqlama belə olub:
"Bursaspor Klublar Birliyi olaraq klub lisenziyası maliyyə meyarlarından alınan -3 ballıq cəza ilə bağlı məlumatları paylaşırıq. Daha əvvəl qeyd edildiyi kimi -3 ballıq cərimə təkcə vergi borclarını deyil, həm də futbol ailəsinin borclarını əhatə edir. Əvvəlki dövrlərdə bağlanmayan Tim Matavzın 1 milyon 740 min Avro, Namık Ələskərovun 222 min Avro, Luka Çapanın 502 min 500 Avroluq iş faylları dövrümüzdə yekunlaşaraq çatışmazlıq siyahımıza əlavə edildi".
Bu hallara görə FİFA Türkiyə Futbol Federasiyasından əlavə sanksiya tələb edib. Restrukturizasiyalar daxil olmaqla cəmi vergi borcu 152 milyon 625 min 064,27 TL, ödəniləcək vergi məbləği isə bu pulun 10%-ni təşkil edir. Futbol Ailəsi Çatışmazlıqları; 2 milyon 533 min 250 lirə, 193 min 750 dollar, 4 milyon 105 min 785,51 avro. Bugünkü məzənnə ilə ekvivalent 137 milyon 156 min 891 TL-dir.
Günel Məlikzadə
Fins.az