İDMAN

04 Dekabr

Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar bəlli olub

Dekabrın 25-də Özbəkistanın Səmərqənd şəhərində rapid və blits üzrə dünya çempionatlarına start veriləcək.

Fins.az xəbər verir ki, Azərbaycanı ilin son yarışında 15 şahmatçı təmsil edəcək.

Bunlar Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Kənan Qarayev, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Türkan Məmmədyarova və Xəyalə Abbduladır.

Yarışa dekabrın 31-də yekun vurulacaq.

Günel Məlikzadə
Fins.az