İDMAN

04 Avqust

Bakıda şahmat üzrə dünya kuboku - Azərbaycan qrossmeysterlərinin tay-breyki keçiriləcək

Bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Şahmat üzrə Dünya Kubokunda ikinci raundun tay-breyk matçları keçiriləcək.

Fins.az xəbər verir ki, tay-breyklərdə ikinci raundda rəqibləri ilə iki klassik partiyanı heç-heçə ilə başa vurmuş beş azərbaycanlı şahmatçı - Eltac Səfərli, Nicat Abbasov, Rauf Məmmədov, Abdulla Qədimbəyli və Qədir Hüseynov iştirak edəcək.

Qeyd edək ki, ikinci raundun iki partiyasının nəticələrinə görə, üçüncü raunda iki azərbaycanlı qrossmeyster - Teymur Rəcəbov və Ülviyyə Fətəliyeva keçib.