Heydər Əliyevin adandan olmasının 100 illiyi münasibətilə keçirilən turnirdə İqtisadiyyat Nazirliyinin Aparatı və tabeliyindəki qurumların əməkdaşlarından ibarət 32 komanda mübarizə aparıb.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş futbol turniri başa çatıb. Turnirdə İqtisadiyyat Nazirliyi Aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 32 komandası iştirak edib.
3-cü yer uğrunda İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin (DVX) Aparatı və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi arasında keçirilən oyunda DVX-nin Aparatı qalib gələrək 3-cü yeri tutub. 1-ci yer uğrunda keçirilən oyunda isə Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmsilçiləri “Azərlotoreya” ASC-yə qalib gəlib.
Çempionatın yekununda komandalara diplom, medallar və digər nominasiyalar üzrə mükafatlar təqdim olunub.