İDMAN

15 May

“Milan” Morata üçün “Atletiko Madrid”ə təklif hazırlayır

“Milan” “Atletiko Madrid”in hücumçusu Alvaro Moratanı transfer etməkdə ciddidir.

Fins.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “rossoneri” bossları yaxın vaxtlarda Madridə təklif verməyə hazırdır.

Mənbənin məlumatına görə, “Milan” növbəti mövsüm komandanı gücləndirəcək hücumçu axtarır. Klub rəhbərliyi Moratanın ən uyğun namizəd olduğuna əmindir.

Bildirilir ki, “Milan”ın rəhbərlərini ən çox hücumçunun İtaliya çempionatındakı təcrübəsi, eləcə də dili yaxşı bilməsi valeh edir.