"ASAN xidmət" əməkdaşları arasında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cu ildönümü ilə əlaqədar minifutbol turniri keçirilib.
Fins.az xəbər verir ki, turnir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı, AFFA-nın Hakimlər Komitəsinin tərəfdaşlığı ilə gerçəkləşib.
Final mərhələsi ilə əlaqədar təşkil olunan tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər qonaqlar iştirak ediblər.
Turnirin qalibi Dövlət Agentliyinin Quba regional "ASAN xidmət" mərkəzinin komandası olub. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Dövlət Agentliyinin Aparatının və 3 saylı "ASAN kommunal" mərkəzinin komandaları tutub.
Ümumilikdə 5 aprel tarixindən start verilən turnirdə 29 komanda iştirak edib.