İDMAN

04 May

Azərbaycanda minifutbola diqqət və qayğı bir çox ölkələrə nümunədir - Orxan Məmmədov

Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov və federasiyanın üzvləri ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda, Afrika Minifutbol Konfederasiyasının prezidenti Əşrəf Ben Salfa, Türkiyə Minifutbol Federasiyasının prezidenti Cem Durul, İtaliya Minifutbol Federasiyasının prezidenti Cianluka Finazzi, CAR Minifutbol Federasiyasının prezidenti Edqar Sandamela və digər ölkələrin federasiya rəhbərləri ilə görüşüblər.

Federasiyadan Fins.az-a verilən məlumata görə, görüşdə qonaqlar Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinin təşkilini yüksək qiymətləndiriblər. Həmçinin Azərbaycanda bu idman növünün təbliğinin yüksək səviyyədə aparıldığını, bu işdə Azərbaycan Minifutbol Federasiyasının səmərəli fəaliyyətini xüsusi vurğulayıblar. Qeyd edilib ki, Azərbaycanda minifutbola göstərilən diqqət və qayğı bir çox ölkələrə nümunə olmalıdır.

Minifutbol üzrə dünya və Avropa çempionatlarının ölkəmizdə keçirilməsinə dair fikir mübadiləsinin aparıldığı görüşdə Azərbaycanın dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi etdiyi və təşkilatçılıq sahəsində böyük təcrübəsi olduğu qeyd edilib.