İDMAN

04 May

Messiyə 400 milyon dollarlıq təklif

Səudiyyə Ərəbistanı hökuməti Fransanın PSJ komandası və Argentina millisinin futbolçusu Lionel Messiyə müqavilə təklifi etməyə hazırdır.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu rəqəm Kriştianu Ronalduya Səudiyyə Ərəbistanında 2025-ci ilin yayına qədər oynaması üçün imzaladığı 200 milyon dollarlıq müqavilədən xeyli yuxarıdır.

35 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatının klublarından birinə keçsə, ildə 400 milyon avro (320 milyon funt-sterlinq) maaş ala biləcək. “Əl-Nəsr”ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldu 165 milyon funt-sterlinq qazanır.

Zəminə Hüseyn
Fins.az