İDMAN

02 May

İlin dörd ayında çempionatlarda ən çox qol vuran futbolçular açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ilin ilk dörd ayı ərzində milli çempionatlarda ən çox qol vurmuş oyunçuların siyahısını açıqlayıb.

Fins.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Braziliyanın “Fluminense” klubunda çıxış edən argentinalı German Kano 17 qolla birinci pillədə qərarlaşıb.

Macarıstanlı Barnabas Varqa və şotlandiyalı Deklan Makmanus hərəyə 16 qolla 2-3-cü yerlərdə qərarlaşıblar. 15 qolla Yohan Veneqas 4-cü pillədədir.