İDMAN

28 Aprel

“Neftçi” və “Qəbələ” Azərbaycan Kuboku tarixinə düşüblər

“Neftçi” və “Qəbələ” finala vəsiqə qazanmaqla Azərbaycan Kuboku tarixinə düşüblər.

Fins.az xəbər verir ki, onlar ölkə kubokunun 31 illik tarixində finalda 2 dəfə və ya daha çox qarşılaşan 5-ci cüt olacaqlar.

“Neftçi” ilə “Qəbələ” ikinci dəfə həlledici qarşılaşmada üz-üzə gələcəklər. Komandalar 2013/2014 mövsümündə də finalda rəqib olublar 1:1 hesabı ilə başa çatan 9 il əvvəlki görüşün penaltilər seriyasında bakılılar üstün olublar – 3:2.

Rekord “Neftçi” ilə “Qarabağ”a məxsusdur. Üç dəfə görüşən cütün duellərində bakılılar 1995/1996 (3:0), ağdamlılar isə 2014/2015 (3:1) və 2015/2016 (1:0) mövsümlərində qalib gəliblər.

Digər üç cütdə isə eyni komanda hər iki finalda qələbəyə sevinib. “Neftçi” “Şəmkir”i 1998/1999 (0:0, pen. 5:3) və 2003/2004 (1:0, əlavə vaxtda), “Kəpəz” “Qarabağ”ı 1997/1998 (2:0) və 1999/2000 (2:1), “Xəzər Lənkəran” “İnter”i 2007/2008 (2:0, əlavə, vaxtda) və 2010/2011 (1:1, pen. 4:2) mövsümlərində üstələyib.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.

©Report