UEFA Çempionlar Liqası (ÇL) oyunlarında ilk qolu ən çox vuran futbolçular müəyyənləşib.
Fins.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ən nüfuzlu klub turniri matçlarında hesabı hamıdan çox açan 10 oyunçunun adını açıqlayıb.
Siyahıya Kriştianu Ronaldu başçılıq edir. Portuqaliyalı superulduz 48 qarşılaşmada ilk qolun müəllifi olub. Onu 40 topla Lionel Messi izləyir.
İngiltərə klubu “Çelsi” ilə 1/4 final mərhələsinin ilk görüşündə hesabı açan İspaniya təmsilçisi “Real Madrid”in (2:0) hücumçusu Kərim Benzema 30-cu dəfə bunu bacarıb.
1. Kriştianu Ronaldu (Portuqaliya, 2003–2022) - 48 qol (ümumi 140 qol)
2. Lionel Messi (Argentina, 2005– ) - 40 (129)
3. Kərim Benzema (Fransa, 2005– ) - 30 (90)
4-5. Raul Qonsales (İspaniya, 1995–2011) - 26 (71)
4-5. Robert Levandovski (Polşa, 2011– ) - 26 (91)
6. Filippo İndzaqi (İtaliya, 1997–2012) - 21 (46)
7-8. Andrey Şevçenko (Ukrayna, 1994–2012) - 19 (48)
7-8. Zlatan İbrahimoviç (İsveç, 2001– ) - 19 (48)
9-10. Alessandro Del Pyero (İtaliya, 1995–2009) - 18 (42)
9-10. Tyerri Anri (Fransa, 1997–2012) - 18 (50)