İngiltərənin "Mançester Yunayted" klubu UEFA Avropa Liqasında antirekord müəyyənləşdirib.
Fins.az xəbər verir ki, "qırmızı şeytanlar" İspaniya "Sevilya"sı ilə 2:2 hesablı heç-heçə etdikləri 1/4 final mərhələsinin ilk oyununda uğursuzluqla üzləşib.
Meydan sahibləri 8 dəqiqə 4 saniyə ərzində qapısında iki avtoqol görüb. Bu, turnirdə ilk belə hadisədir.
Bundan əlavə, mankunyanlar rəsmi matçlardakı antirekordları da təkrarlayıb. Komandanın oyunçuları 1979-cu ildən sonra ilk dəfə iki topu öz qapılarından keçiriblər.
Mançester təmsilçisi tarixində ikinci dəfə öz meydanında belə halla üzləşir. Son olaraq 1909-cu ildə "Blekbern Rovers"lə qarşılaşmada iki avtoqol qeydə alınıb.
©Report