İtaliyanın "Milan" klubu ulduz futbolçusu Rafael Leau ilə müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəlib.
Fins.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun yeni maaşı təxminən beş milyon avro olacaq.
Bundan əlavə, Milan təmsilçisi Portuqaliya "Sportinq"i ilə müqaviləni pozduğu üçün 19 milyon avro ziyana düşən oyunçunun cəriməsini ödəməyə hazırdır.
Qeyd edək ki, Rafael Leau 2019-cu ildən "Milan"da çıxış edir. Portuqaliyalı oyunçunun hazırkı sözləşməsi 2024-cü ilin yayınadək qüvvədədir.