İDMAN

06 Aprel

Mauro İkardi 600-cü qolun müəllifi olub

Argentinalı futbolçu Mauro İkardi "Qalatasaray"ın "Başakşehir"ə qarşı keçirilən Türkiyə Kubokunun 1/4 final oyununda 600-cü qolun müəllifi olub.

Fins.az "CNN"-ə istinadən xəbər verir ki, matçın 51-ci dəqiqəsində sarı-qırmızılıların argentinalı futbolçusu Mauro İkardi komandasının ikinci qolunu vurub. 

Bu qol həm də "Qalatasaray"ın NEF Stadionunda vurduğu 600-cü qol kimi qeydə alınıb.

Zəminə Hüseyn
Fins.az