Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ilin ilk üç ayı ərzində beynəlxalq matçlarda ən çox qol vurmuş oyunçuların siyahısını açıqlayıb.
Fins.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə millisinin və "Mançester Yunayted"in hücumçusu Markus Reşford birinci pillədə yer alıb. O, ümumilikdə 16 qola imza atıb.
Cənubi Afrikanın "Mamelodi Sandaunz" komandasında çıxış edən namibiyalı Piter Şalulile, İngiltərə "Mançester Siti"sindən norveçli Erlinq Holann və İtaliya "Napoli"sindən nigeriyalı Viktor Osimhen 15 qolla iki, üç və dördüncü yerdə qərarlaşıblar.
Araşdırma martın 31-dək baş tutmuş oyunlara əsasən aparılıb.