“Neftçi” futbolçusu İvan Brkiçə yeni müqavilə təklif edib.
Fins.az xəbər verir ki, bu barədə “vecernji.hr” saytı məlumat yayıb.
Bildirilib ki, bu mövsüm 11 oyunda qapısının toxunulmazlığını qorumağı bacaran xorvatiyalı qapıçının çıxışı klub rəhbərliyini qane edir. Bu üzdən 28 yaşlı qolkiperə yeni sözləşmə təklif olunub.
Ancaq Brkiç qərar verməyə tələsmir. Çünki həm başqa təklifləri var, həm də Xorvatiya yığmasına düşmək ümidini davam etdirir. Qapıçı yeni klub seçimini də məhz milli amilinə görə edəcək.
Qeyd edək ki, İvan Brkiçin “Neftçi” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.