İDMAN

09 Mart

\"Fənərbaxça\" dan transfer təklifi

Transfer dönəmində adı "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray"la hallanan "Real Madrid"in belçikalı ulduzu Eden Hazard üçün flaş iddia gündəmə gəlib. İtaliya mətbuatında yer alan xəbərə görə, ''Fənərbaxça'' Hazard üçün təklif edib.

Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.

Artıq növbəti mövsüm üçün heyəti planlaşdırmağa başlayan "Fənərbaxça" bir çox ulduz futbolçu ilə görüşməyə davam edir.

Belçikalı ulduz futbolçunun "Fənərbaxça"dan gələn transfer təklifini rədd etdiyi iddia edilib.

Zəminə Hüseyn
Fins.az