İDMAN

02 Mart

Ronaldinyonun oğlu “Barselona” ilə müqavilə imzaladı

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyranın İspaniya "Barselona"sına keçidi rəsmiləşib.

Fins.Az report-a istinadən bildirir ki, 18 yaşlı hücumçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Ölkəsində "Kruzeyro"nun yetirməsi olan Joao Mendeş Kataloniya təmsilçisinin U-19 komandasında çıxış edəcək.

Qeyd edək ki, Ronaldinyo 2003-2008-ci illərdə "Barselona"nın formasını geyinib.