İDMAN

02 Mart

Yığma komandamızın üzvü finala yüksəlib

Yığma komandamızın üzvü Nikita Simonov halqalar ilə hərəkətlərin icrasında finala yüksəlib.

Fins.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.

Belə ki, Qətərin Doha şəhərində idman gimnastikası üzrə keçirilən Dünya kubokunda yığma komandamızın üzvü Nikita Simonov halqalar ilə hərəkətlərin icrasında təsnifat mərhələsini 4-cü pillədə başa vuraraq finala adlayıb.

©Trend