İDMAN

24 Fevral

PAŞA Həyat “Səbail Futbol Klubu”nun tərəfdaşı oldu

“Səbail PFK" İB və “PAŞA Həyat” tərəfdaşlıq müqaviləsi imzalayıb.

Şirkətdən Fins.Az-a verilən məlumata görə, fəaliyyətə başladığı gündən sosial layihələrə böyük diqqət yetirən ölkənin lider həyat sığortası şirkəti "PAŞA Həyat" “Səbail Futbol Klubu” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

“Səbail” PFK və “PAŞA Həyat Sığorta” ASC arasındakı əməkdaşlığın ilkin olaraq 1 fevral 2023-cü il tarixindən 1 fevral 2024-cü il tarixinə qədər olan müddəti əhatə etməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Səbail PFK" İB 15 avqust 2016 tarixində yaradılıb. Hazırda Azərbaycan Premyer Liqasında mübarizə aparır. Komandanın baş məşqçisi Şahin Diniyevdir.

“PAŞA Həyat” şirkəti bu tərəfaşlıqla qürur duyur, sosial məsuliyyəti çərçivəsində Azərbaycan adını zirvələrə qaldırmaq uğrunda çalışanlara dəstəyini davam edəcəyini bildirir. Şirkət həmçinin 2011-ci ildən etibarən “Sumqayıt Futbol Klubu”nun da sponsoru qismində çıxış edir.

Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2022-ci il tarixinə şirkətin məcmu aktivləri 562 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.