Millimizin futbolçusu Mahir Emrelinin yeni komandası "Konyaspor" "Fənərbaxça" ilə 14-cü turdan təxirə salınan matçın hazırlıqlarını bir günlük fasilədən sonra yenidən bərpa edib.
Fins.Az Qol.az-a istinadən xəbər verir ki, M.Emreli də məşq də iştirak edib.
Qeyd edək ki, sabah "Konyaspor" Türkiyə 2-ci liqa təmsilçisi "Ayfonspor"la yoxlama oyunu keçirəcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Fevralın 25-də isə "Konyaspor" "Fənərbaxça" ilə qarşılaşacaq.
Qeyd edək ki, "Konyaspor" Mahir Emrelini bu mövsümün sonunadək "Dinamo"dan (Zaqreb) icarəyə götürüb.