İDMAN

17 Fevral

Belçika klublarının Bakı "sindromu"

Xəbər verdiyimiz kimi, dünən UEFA Konfrans Liqası çərçivəsində Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda “Qarabağ” Belçikanın “Gent” klubunu minimal hesabla məğlubiyyətə uğratdı.

“Qarabağ” Azərbaycan klublarının Bakıda Belçika klublarına qarşı keçirilən matçlarda yaratdığı “ənənəni” davam etdirib. Belə ki, Azərbaycanın futbol klubları avrokuboklar çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda Belçika komandalarına keçirilən bütün matçlarda minimal hesabla (1:0) qalib gəliblər. İndiyədək “Neftçi” “Anderlext” və “Jerminal”ı, “Qarabağ” isə “Brügge”, “Anderlext” və “Gent”i eyni hesabla məğlub edib.

© azərtac