İDMAN

16 Fevral

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

Azərbaycan cüdoçusu Orxan Səfərov İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

Fins.Az "Report"a-a istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Laşa Nadiradzeni (Gürcüstan) məğlub edib.

O, qızıl medal uğrunda Vaja Margelaşvili (Gürcüstan) - Alberto Martin (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

60 kq-dakı Balabəy Ağayev eyni raundda Luka Mxeidzeyə (Fransa) uduzub. İdmançı bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.

* * *

Azərbaycanın iki cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə yarımfinala yüksəlib.

60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev, 66 kq-da Orxan Səfərov bu mərhələyədək irəliləməyi bacarıb.

Ağayev ardıcıl olaraq Bryan Qarboa (Ekvador) və Simone Aversanı (İtaliya) məğlub edib. Onun yarımfinaldakı rəqibi Luka Mxeidze (Fransa) olacaq. Eyni çəkidəki Turan Bayramov 1/8 finalda Salih Yıldıza (Türkiyə) yenilib.

Orxan Səfərov Xoakin Tovalyari (Argentina), David Qarsiya (İspaniya) və Denislav İvanovla (Bolqarıstan) dueldən qalib ayrılıb. Avropa çempionu finala gedən yolda Laşa Nadiradzenin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.