Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.
Fins.Az xəbər verir ki, 2-ci oyun günündə daha 2 matç keçirilib.
Almaniyada Dortmund "Borussiya"sı "Çelsi" ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Digər matçda isə "Benfika" (Portuqaliya) Belçika "Brügge"sinin qonağı olub. Bu görüşdə "Benfika" 2:0 hesablı qələbə qazanıb.
Bu komandalar arasında cavab oyunları martın 7-də olacaq.
Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə Almaniya "Bavariya"sı Fransada PSJ-yə, İtaliya "Milan"ı isə evdə İngiltərə "Tottenhem"inə 1:0 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
15 fevral
00:00. "Borussiya" Dortmund (Almaniya) - "Çelsi" (İngiltərə) - 1:0
Qol: Adeyemi, 63
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Dortmund, "Siqnal İduna Park" stadionu
00:00. "Brügge" (Belçika) - "Benfika" (Portuqaliya) - 0:2
Qol: Joao Mario, 51, Neres, 88
Baş hakim: Davide Massa (İtaliya)
Brügge, "Yan Breydel" stadionu.
21 fevral
00:00. "Ayntrax" (Almaniya) - "Napoli" (İtaliya)
00:00."Liverpul" (İngiltərə) - "Real" (İspaniya)
22 fevral
00:00. "İnter" (İtaliya) - "Portu" (Portuqaliya)
00:00. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
14 fevral
PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1
"Milan" (İtaliya) - "Tottenhem" (İngiltərə) - 1:0