PSJ-nin hücumçusu Lionel Messinin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 3,5 milyon avro yardım etdiyi barədə xəbərlər yayılmışdı.
Fins.Az aut.az-a istinadən xəbər verir ki, "Sports.ru" Lionel Messinin Türkiyədəki zəlzələdən zərər çəkənlərə ianə verməsi ilə bağlı xəbərlərin doğruluğunu araşdırıb.
Fevralın 8-də öncə Tvitterdə Messinin zəlzələdən zərər çəkənlərə ianəsi ilə bağlı xəbərlər yayılmağa başlayıb. İlk belə tvit fevralın 8-i səhər özünü media orqanı kimi təqdim edən "Televizion Starı" hesabında yerləşdirilib. Amma nə orada, nə də digər tvitlərdə məlumatın mənbəyi göstərilib.
Nə Messinin sosial media hesabında, nə də xeyriyyə fondu olan "Leo Messi Foundation"un sayında onun ianə etdiyi haqda məlumat var.
Qeyd edək ki, fondun əsas fəaliyyət istiqaməti ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək etmək, uşaqlıqda yayılmış xəstəliklərlə mübarizəyə yönəlmiş tədqiqatları maliyyələşdirmək, uşaqların təhsilə əlçatanlığını və idman vasitəsilə sosial inteqrasiyasını təmin etməkdir. Fond təbii fəlakətlərin və ya texnogen fəlakətlərin qurbanlarına yardım göstərmir.
Eyni zamanda, Messi qurbanlara dəstək ifadələri işlədib və səfiri olduğu BMT-nin Uşaq Fondunun internet səhifəsi vasitəsilə onlara ianə göndərilməsini istəyib.
Nəticə: Messi Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 3,5 milyon avro göndərməyib - bu məlumatın etibarlı mənbəsi yoxdur.