İspaniyanın "Barselona" komandası sosial media hesabında video paylaşaraq bir daha zəlzələdən zərər çəkən Türkiyə və Suriya üçün ianə çağırışı edib.
Fins.Az oxu.az-a istinadən bildirir ki, videoçarxda komandanın baş məşqçisi Xavi və bir sıra futbolçular yer alıb.
"Barselona" olaraq bütün dünyaya çağırışımızı təkrar edirik: Türkiyədə və Suriyada zəlzələdən zərər çəkənlər üçün ianə edin", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, artıq bir neçə gün öncə katalon klubu analoji müraciətlə çıxış etmişdi.