İDMAN

10 Fevral

“Qarabağ”ın sabiq futbolçusu “Traktor”da

"Qarabağ"ın sabiq futbolçusu Xayme Romero karyerasını İranda davam etdirəcək.
 
Fins.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ispaniyalı vinger "Traktor"a keçib. Bu barədə Təbriz təmsilçisinin rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları haqda məlumat verilməyib.
 
Qeyd edək ki, Xayme Romero 2019-2022-ci illərdə "Qarabağ"da çıxış edib. 32 yaşlı futbolçunun son klubu İspaniyada "Kartaqena" olub.