İDMAN

10 Fevral

Türkiyə Superliqasında oyunlar nə vaxt bərpa ediləcək?

Türkiyə Superliqasında oyunların 3-4 mart tarixlərindən etibarən davam edəcəyi planlaşdırılır.

Fins.Az bildirir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti (TFF) Mehmet Böyükekşi açıqlayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ölkənin 10 əyalətində, o cümlədən Suriya da daxil olmaqla, qonşu dövlətlərdə hiss edilib. Son məlumatlara görə, Türkiyədə 16,5 mindən çox insan ölüb, 66 mindən çox insan yaralanıb.

Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar yeddigünlük milli matəm elan olunub. Həmçinin bütün idman yarışları təxirə salınıb.