İDMAN

08 Fevral

Merih zəlzələyə görə Ronaldonun formasını satacaq

“Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldonun imzalı forması hərracda satılacaq. 

Fins.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə millisinin və İtaliyanın "Atalanta" klubunun üzvü Merih Dəmiral tviter hesabında paylaşıb.

O, bu barədə Ronaldo ilə danışdığını da bildirib. 

Hərracdan əldə edilən gəlir Türkiyədəki zəlzələlərdən zərərçəkənlərə ianə olunacaq. 

İlkin satış qiyməti ilə bağlı isə hələlik məlumat verilməyib.