Bədii gimnastika üzrə Azərbaycan milli komandasının daha bir üzvü Macarıstanda keçirilən “Gracia Fair Cup” beynəlxalq turnirində medal qazanıb.
Federasiyadan verilən məlumata görə, Alina Məmmədova çoxnövçülük üzrə 3-cü yeri tutub. Daha əvvəl Fidan Qurbanlı eyni növdə qızıl medal əldə edib.
Yığmanın digər üzvləri Şəms Ağahüseynova halqa ilə, Leyli Ağazadə isə halqa və top ilə hərəkətlərin icrasında finala yüksəliblər.