İspaniyanın “Barselona” klubunun futbolçusu Ansu Fati Avropanın 7 klubunun maraq dairəsindədir.
Almaniya təmsilçisi “Bavariya” gənc hücumçu uğrunda mübarizədə favorit sayılır.
Münhenlilərlə yanaşı, “Arsenal” və “Tottenhem” də daxil olmaqla İngiltərənin 4 klubu da 21 yaşlı forvardı heyətinə cəlb etmək niyyətindədir. Ancaq hələlik kataloniyalılar heç bir komandadan rəsmi təklif almayıblar. Fati “Barselona”da əsas heyətə düşməkdə çətinlik çəksə də, baş məşqçi Xavi Ernandes onun komandada qalmasını istəyir.
Qeyd edək ki, Ansu Fatinin “Barselona” ilə müqaviləsi 2027-ci ilə qədərdir.