“Bizə görə ən çətin görüş Meksika ilə oldu. Bu oyunla qrupdakı taleyimiz həll olunurdu".
Fins.az xəbər verir ki, bunu Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-də ən çətin hesab etdiyi oyun barədə danışarkən deyib.
Onun sözlərinə görə, Meksika ilə görüş ən pis oynadıqları matç olub:
"Biz qalib gəlmək məcburiyyətində idik. Bu düşüncə bizi fərqli oynamağa istiqamətləndirdi".
Qeyd edək ki, Argentina finalda Fransaya qalib gələrək DÇ-2022-nin qalibi olub.