İDMAN

02 Fevral

Türkiyə klublarının oyunçuları ölkə çempionatlarının bombardirləri siyahısında yer alıblar

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ilk ayında milli çempionatlarda ən çox qol vurmuş futbolçuları açıqlayıb.

Ay ərzində minimum 5 qol vuran futbolçular sıralanıb.

Türkiyə klubları “Fənərbağça” və “Beşiktaş”ın hücumçuları Enner Valensiya ilə Cenk Tosun da məhsuldarlıqlarına görə seçiliblər. Valensiya 6, Tosun isə 5 qolla diqqət çəkib. Cədvələ 7 qola imza atan finlandiyalı Eetu Vertaynen və panamalı Ronaldo Kordoba şərikli başçılıq edirlər.

Azərbaycan Premyer Liqasından heç kim siyahıya düşməyib. Çünki yanvarda keçirilən iki turda ən çox qol vuran futbolçular rəqib qapılarına cəmi 2 dəfə yol tapa biliblər. Bunlar Musa Qurbanlı (“Qarabağ”), Runi Eva (“Turan Tovuz”) və Coy Lens Mikelsdir (“Sabah”).

 

Futbolçu

Qol

Ölkə

Klub

1

Eetu Vertaynen

7

Finlandiya

“Linfild” (Şimali İrlandiya)

2

Ronaldo Kordoba

7

Panama

“Errera”

3

Lele

6

Braziliya

“Volta Redonda”

4

Vangelis Pavlidis

6

Yunanıstan

AZ (Niderland)

5

Enner Valensiya

6

Ekvador

“Fənərbağça” (Türkiyə)

6

Kevin Nisbet

6

Şotlandiya

“Hibernian”

7

Deklan Makmanus

6

Şotlandiya

TNS

8

Ademola Lukman

5

Nigeriya

“Atalanta” (İtaliya)

9

Viktor Osimxen

5

Nigeriya

“Napoli” (İtaliya)

10

Cenk Tosun

5

Türkiyə

“Beşiktaş”

11

Eran Zahavi

5

İsrail

“Makkabi” (Təl-Əviv)

12

Pol Bassene

5

Seneqal

“Oujda” (Mərakeş)

13

Henri Martin

5

Meksika

“Amerika”

14

Ben Malanqo

5

Konqo DR

“Qətər” (Qətər)

15

Dieqo Mauritsio

5

Braziliya

“Odişa” (Hindistan)

16

İker Quarrotxena

5

İspaniya

“Qoa” (Hindistan)

17

Ben Klark

5

Uels

TNS

18

Mfon Udo

5

Nigeriya

“Şeyx Russel” (Banqladeş)