İDMAN

01 Fevral

Qalatasaray isveçrəli hücumçunun müqaviləsini ləğv edib

Türkiyə "Qalatasaray"ı cari mövsümün əvvəlində Portuqaliya "Benfika"sından icarəyə götürdüyü Haris Seferoviçin müqaviləsini ləğv edib.

İsveçrəli hücumçu ilə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İstanbul təmsilçisindən ayrılan 31 yaşlı forvard İspaniyanın "Selta" komandası ilə anlaşıb.

Qeyd edək ki, Haris Seferoviç bu mövsüm "Qalatasaray"ın heyətində 13 oyuna 2 qol vurub.