İDMAN

31 Yanvar

"Qalatasaray"ın futbolçusu PSV-yə keçib

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Patrik van Anholt karyerasını Niderlandda davam etdirəcək.

Fins.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.

O, 33 yaşlı müdafiəçinin PSV-yə keçdiyini bildirib. Anholt bu gün Eyndhoven təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, təcrübəli oyunçu 2021-ci ildən İstanbul klubunun formasını geyinib.