İDMAN

30 Yanvar

“Atletik”in futbolçusu son 7 ildə ilk dəfə La Liqa oyununu buraxıb

“Atletik” (Bilbao) klubunun hücumçusu İnyaki Uilyams zədə səbəbindən son 7 ildə ilk dəfə La Liqa oyununu buraxıb.

Hücumçu bazar günü ölkə çempionatının 19-cu turunun “Selta”ya qarşı oyun üçün “Atletik”in start heyətinə düşə bilməyib. Beləliklə, Uilyams İspaniya çempionatında matç buraxmadan rekord seriyaya imza atıb. Futbolçu ardıcıl 251 oyun keçirib.

Bundan öncə o, 2016-cı il aprelin 17-də ölkə çempionatının oyununda iştirak etməsə də, “Atletik” səfərdə “Malaqa”ya 1:0 hesabı ilə qalib gəlib.

28 yaşlı Uilyams Bilbao klubunun yetirməsidir və o, 362 oyuna çıxıb, 80 qol vurub və 52 məhsuldar ötürmə verib. Futbolçu İspaniya Superkubokunun sahibidir.

Qeyd edək ki, “Atletik” 18 matçdan sonra 26 xalla turnir cədvəlində səkkizinci yerdədir.

Mənbə: TASS