İspaniya Kral Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Fins.az xəbər verir ki, daha iki oyun keçirilib.
“Valensiya” öz meydanında “Atletik Bilbao”ya uduzub – 1:3.
Turun ən maraqlı oyunu isə Madriddə baş tutub. “Real” “Ateltiko”nu qəbul edib.
Oyunda hesabı qonaqlar açıb. Morata 19-cu dəqiqədə fərqlənib. Matçın 79-cu dəqiqəsində Rodriqo hesabı bərabərləşdirib.
Qarşılaşmanın əsas vaxtı bərabərliklə bitdiyindən əlavə vaxta ehtiyac yaranıb.
Əlavə edilmiş dəqiqələrdə Kərim Benzema fərqlənib. Fransalı hücumçu 114-cü dəqiqədə “Real”ı önə çıxarıb. 120+1-ci dəqiqədə isə Vinisius Junior adını tabloya yazdırıb və “Real”ın üstünlüyünü artırıb.
Bu, oyunda vurulmuş sonuncu qol olub.
“Real” 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.