İtaliyanın “Parma” klubunun futbolçusu Ceyden Ostervolde karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.
O bildirib ki, 21 yaşlı niderlandlı müdafiəçi İstanbul təmsilçisi “Fənərbağça” ilə anlaşıb. Klublar artıq keçid üçün son detalları müzakirə edirlər.
Qeyd edək ki, Ceyden Ostervolde 2022-ci ilin yayından “Parma”da çıxış edir.