İDMAN

21 Yanvar

Azərbaycan kikboksçusu 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər.

Fins.Az xəbər verir ki, federasiyadan "Report"a verilən məlumata görə, "Best of Birmingem"in qalibi olmaq üçün Beynəlxalq Ümumdünya Oyunlar Assosiasiyası (IWGA) ilin idmançı və komandaları arasında səsvermə keçirir.

Səsverməyə beynəlxalq idman federasiyaları tərəfindən təklif olunmuş 23 idmançı və 12 komanda qatılıb.

Bunların hamısı ötən il 7 - 17 iyulda ABŞ-n Birmingem şəhərində (Alabama ştatı) baş tutmuş XI Ümumdünya Oyunlarının iştirakçılarıdır.

Azərbaycandan bu səsvermədə sözügedən yarışın çempionu, dünya və Avropa çempionatının, eləcə də Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarının qalibi Bəhram Rəcəbzadə də iştirak edir.