İDMAN

21 Yanvar

Azərbaycan referisi ilk dəfə bürünc dərəcəli hakim adına layiq görülüb

Azərbaycanlı referi Teymur Axundov ölkə tarixində ilk dəfə Dünya Atletikasının bürünc dərəcəli hakimi adına layiq görülüb.

Fins.Az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.

O, hakimlər üçün nəzərdə tutulmuş imtahanın nəticələrinə əsasən bu ada sahib çıxıb.