İspaniyanın “Barselona” klubu Argentina təmsilçisi “Ferro”nun futbolçusu Lukas Romanı transfer edib.
Fins.az xəbər verir ki, 19 yaşlı hücumçu yeni komandası ilə 3,5 illik müqavilə imzalayıb.
Sözləşmədə yer alan bənddə Romanın transfer qiyməti 400 milyon avro olaraq qeyd olunub. Futbolçu əvvəlcə “Barselona”nın əvəzedici heyətində çıxış edəcək.
Qeyd edək ki, Lukas Roman “Barselona”nın sabiq futbolçusu Xavyer Maskeranonun baş məşqçisi olduğu Argentinanın U-20 yığmasının üzvüdür.
©Report