İDMAN

18 Yanvar

“Beşiktaş” Kriştianu Ronaldunun komanda yoldaşını transfer edib

Türkiyənin “Beşiktaş” klubu Kriştianu Ronaldunun müqavilə imzaladığı Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”də komanda yoldaşı olan Vensan Abubakarı transfer edib.

Fins.az xəbər verir ki, “Əl-Nəsr”lə sözləşməsinə xitam verilən kamerunlu hücumçu yenidən “ağ-qaralar”ın formasını geyinəcək.

31 yaşlı forvard bu gün İstanbula yollanaraq, tibbi müayinədən keçəcək. Kamerun millisinin üzvü bu həftə “Beşiktaş”la 2,5 illik sazişə qol çəkəcək. Onun yeni komandasında illik məvacibi 2,5 milyon avro olacaq.

Qeyd edək ki, Vensan Abubakar 2016/2017 və 2020/2021 mövsümlərində “Beşiktaş”ın formasını geyinib. O, İstanbul təmsilçisinin heyətində 67 oyunda 35 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.